3 Kasım 2017 Cuma

Edam cəzasına məhkum olan məhbusların son yemək istədikləri

Edam edilməsinə qərar verilən məhbusların son istəkləri mütləq soruşulur. Bu videoda sizə həmin məhkumların həyatları ilə vidalaşmazdan əvvəl yemək istədikləri yeməkləri təqdim edirəm.


                                                                                                         Timoti Makvey (Timothy McVeigh)
Oklahoma hadisəsi zamanı 168 nəfərin ölümündə günahlandırılan Timoti Makveyin son istəyi iki nanəli dondurma idi.






Erik Nens (Eric Nance)
Edama məhkum olan digər cinayətkar Erik Nens donuz ətindən çizburqer, qızardılmış kartof, üzərində şokolad qırıntıları olan dondurma və iki ədəd koka kola (Coca Cola) istəmişdir.
Velma Barfild (Velma Barfield)
6 nəfəri öldürməklə günahlandırılan və 1982-ci ildə edama məhkum edilən Velmanın son istəkləri bir qab çiz dudlz (Chees Doodles) və koka kola (Coca Cola) oldu.

                                                                                                                 Elin Vornos (Aileen Wuornos)
Elin Vornos 2002-ci ildə edam ediləndən sonra Çarlz Teronun baş rolda oynadığı  “Monster” filminin ideyasını formalaşdıran silsilə qətllərin müəllifi idi. Edam edilməzdən qabaq xüsusi bir şey istəmədi və sadəcə həbsxana yeməkxanasından ona hamburqer və qəhvə verilməsini istədi.


Cozef Mitçel Parsonz (Joseph Mitchell Parsons)
1999-cu ildə Yutada edam edilən Parsonzun son istəyi 3 ədəd börqer king vapper (Burger King Whopper), 2 qab iri kəsimlərlə qızardılmış kartof, Bir paket üzüm, bir paket Haba Baba (Hubba Bubba) saqqızı və şokoladlı dondurma oldu.


                                                      Alen Li Deyvis (Allen Lee Davis)
1982-ci ildə hamilə qadın və onun 2 övladını öldürdüyünə görə həbs olunmuş bundan sonra elektrik stulu vasitəsi ilə edamına qərar verilmiş Deyvisin son istədikləri qızardılmış xərçəng quyruğu, kartof, qızardılmış raçki, bir ədəd sarımsağlı baton çörək və A&W markalı pivə idi.


Ted Bandi (Ted Bundy)
35 nəfərin öldürülməsində günahlandırılan Ted Bandi ölməmişdən əvvəl heç bir şey istəmədi.  Yediyi yeməklər: qızardılmış mal əti, yumurta, qızardılmış çörək, süd və meyvə şirəsi idi və bu yeməklər həbsxananın gündəlik yeməkləri idi.


                                                  Riki Rey Rektor (Ricky Ray Rector)
1992-ci ildə Riki 1981-ci ildə polis məmuru Robert Martinin öldürülməsindən günahlandırılaraq edama məhkum edildi. Son istəkləri qozlu tort, qızardılmış toyuq və mal əti oldu.



Dobi Qillis Vilyams (Dobie Gillis Williams)
1999-cu ildə cinayət törətdiyinə görə edama məhkum olan Dobinin son istəyi şiriniyyat və dondurma oldu. Son sözləri isə “Allah sizi qorusun”.




                                                           Viktor Feqer (Victor Feguer)
1963-cü ildə adam qaçırma və cinayət törətməsinə görə Lovada edamına qərar verildi. Ölümündən qabaq zeytun tumu istədi. Zeytun tumunu istəməsində məqsəd dəfn edildikdən sonra bədənində zeytun ağacının cücərməsini və bu yolla yenidən yaşamasını düşünürdü.


Con Deyvid Dyuti (John David Duty)
1978-ci ildə təcavüz, soyğun və cinayətlərinə görə ömürlük həbs cəzasına məhkum olan Con 2001-ci ilin dekabrında edama məhkum edildi. Yemək istədiyi son yeməklər bir ədəd mayonezli ikiqat çizburqer, pendir, xardal, soğan, gilas və bananla süd qarışığı oldu.


                                                  Con Veyn Qeysi (John Wayne Gacy)
33 nəfərə təcavüz edib öldürməkdə günahlandırılan Qeysi edam edilməmişdən öncə qızardılmış raçki, KFC paketi, qızardılmış kartof və çiyələk istədi.



Teresa Luves (Teresa Lewis)
Teresa 2002-ci ildə həyat yoldaşını və ögəy atasını qətlə yetirdiyinə görə günahlandırıldı. Sui-qəsd, soyğun səbəbi ilə 2010 cu ildə edam edilməsinə qərar verildi. Son tələbi qızardılmış toyuq, noxud, kərəyağı, alma piroqu və Doktor Pepr (Dr.Pepper) içkisi oldu.


                                            Ronni Li Qardner (Ronnie Lee Gardner)


2010-cu ildə törətdiyi 2 cinayətə görə ölümə məhkum edildi. Son istəyi “Üzüklərin Ağası” silsilə bədii filmini izləyərək qızardılmış dana əti, xərçəng quyruğu, alma piroqu, vanilli dondurma və 7 ədəd qazlı su ilə qidalanmaq oldu.

Stifen Veyn Anderson (Stephen Wayne Anderson)

2002-ci ildə 80 yaşlı piano müəllimini sifətindən vurduğu üçün edama məhkum edildi. Son istəyi pendirli qızardılmış sendviç, qarğıdalı, şaftalı piroqu, şokoladlı dondurma və turp oldu.  





19 Ekim 2017 Perşembe

Sarımsaq haqqında 10 faydalı məlumat

“Qoy qida dərmanın, dərman isə qidan olsun” Bu sözləri qərb tibbinin atası sayılan qədim yunan həkimi Hippokrat söyləmişdir. O demkək olar ki, müxtəlif xəstəliklərin müalicəsində sarımsaqdan istifadə edirdi.
Hazırda müasir elm sarımsağın insan orqanizmi üçün bir çox faydalarını təstiq etmişdir.
Sarımsağın tərkibində Allixin adlanan və bədənimizə dərman kimi təsir edə bilən birləşmə vardır. Sarımsaq soğan ailəsinə aid bitkidir. Sarımsaq dünyanın əksər bölgələrində becərilir və yeməklərdə istifadə olunur. Sarımsaq qədim dövrlərdə əsasən dərman kimi istifadə olunmuşdur. Sarımsağın istifadə qaydaları dünyanın aparıcı sivilizasiyaları olan Misirlilər, Babillər, Yunanlar, Romalılar və Çinlilər tərəfindən sənədləşdirilmişdir. 
Bu videoda sizə araşdırmaların nəticəsi olan sarımsaq haqqında 10 faydalı məlumatı çatdıracağam.
1.  Sarımsaq çox qidalandırıcı məhsuldur və az kaloriyə malikdir.
28 qram sarımsağın tərkibində
Manqan 23%
Vitamin B6: 17%
Vitamin C: 15%
Selenyum: 6%
Lif: 0.6 qram
Müəyyən miqdarda kalsium, mis, kalium, fosfor, dəmir və vitamin B1 vardır. Bunlarla bərabər 1.8 qram protein və 9 qram karbohidratlarla birlikdə 28 qram sarımsağın enerji dəyəri 42 kaloridir.
2. Sarımsaq soyuqdəyməyə qarşı da effektiv vasitədir çünki sarımsaq immun sisteminin gücləndirilməsində istifadə olunur. Plasebo və sarımsaq adlandırılan iki qrup arasında 12 həftəlik araşdırma zamanı məlum olmuşdurki, sarımsağın gündəlik istifadəsi soyuqdəymə riskini 63%-ə endirmişdir və soyuqdəymə simptomları plasebo qrupunda 5 gündən sonra azaldığı halda sarımsaq qrupunda 1.5 gün ərzində azaldı. Birdə yeri gəlmişkən deyim ki, Plasebo bir eksperimentin adıdır və bu eksperiment zamanı sizə təsirsiz həblər verilərək bu həblərin sizə təsirini təlqin edirlər və sizin orqanizminiz aldadılaraq öz funksiyalarını artırmaqla sağalır və ya əksinə. Digər bir araşdırmanın nəticələrinə görə gündəlik 2.56 qram sarımsaq ekstraktı qəbul etməklə qrip və soyuqdəymənin davam etmə müddətini 61% azaltmaq olar. Əgər tez-tez soyuqlanırsınızsa o zaman yeməklərinizdə sarımsaqdan istifadə etməyi unutmayın. 
3. Sarımsağın tərkibindəki aktiv maddələr qan təzyiqini aşağı salır, ürək – damar xəstəliklərinə qarşı müsbət təsir göstərir. Gündəlik 600-1500 milliqram sarımsaq ekstraktını 24 həftə ərzində istifadə etmək dərman kimi təsir göstərəcək. Bu effekti əldə etmək üçün yüksək dozaya ehtiyac vardır. Buna görədə lazım olan qədər allixin əldə etmək üçün gündəlik 4 diş sarımsaq lazımdır.
4. Sarımsaq Ürək xəstəlikləri riskini aşağı salan xolesterol səviyyəsini artırır və ümumi LDL xolesterolunu azalda bilir. Yüksək LDL xolesterolu olan insanlar sarımsaq qəbul etməklə LDL xolesterol səviyyəsini 10-15% aşağı sala bilərlər. LDL (Pis), HDL(Yaxşı) xolesterinlərdir. Sarımsaq ürək xəstəlikləri riskini artıran səbəblərdən biri olan triqliserid səviyyəsinə təsir göstərmir. 
5. Sarımsağın tərkibində  Alzeymer xəstəliyinin və unutqanlığın  qarşısını ala biləcək antioksidantlar vardır. Bu antioksidantlar bədənin qoruyucu mexanizmlərini oksidləşmə nəticəsində yaranacaq zərərlərə qarşı qoruyur. Yüksək doza sarımsaq qəbul etməklə insanlarda antioksidant fermentlərinin artması nəticəsində yüksək təzyiqli xəstələrdə oksidləşmə nəticəsində formalaşan stresin azalması müşahidə olunmuşdur.
6. Sarımsaqdan istifadə edərək uzun ömürlü ola bilərsiniz. Düzdür insanların ömrünün nə qədər olmasını təyin etmək praktik olaraq mümkün olmasada amma sarımsağın bədənimizə göstərdiyi təsiri nəzərə alaraq bunu demək olar. Əlavə olaraq bu faktlardan biri xüsusilə immun sistemi zəif olan insanlarda sarımsaq infeksion xəstəliklərlə mübarizə aparmaqda orqanizmə köməklik göstərir.
7.  Atletik məhsuldarlığı artırmaq üçün sarımsaqdan performans artırıcı kimi istifadə etmək olar. Qədim  mədəniyyətlərdə yorğunluğun azaldılması və işçilərin əmək fəaliyyətinin artırılması üçün istifadə edilirmiş. Xüsusilə qədim Yunanıstanda Olimpiya idmançılarına verilirdi. Ürək xəstəliyi olan insanlar 6 həftə ərzində sarımsaq yağı qəbul etmiş və bundan sonra ürək döyüntüləri stabilləşmiş, iş qabiliyyəti 12% yaxşılaşmışdır.
8. Sarımsaq bədəndə ağır metalların təmizlənməsində istifadə oluna bilər. Sarımsaqdakı kükürd birləşmələri orqanların zərərli maddələrdən təmizlənməsinə köməklik göstərir.
9. Sarımsaq sümüklərə də yaxşı təsir göstərir. Gəmiricilər üzərində aparılan tədqiqatlar qadınlarda estrogen hormonunun artması ilə sümük zəifliyinin aradan qaldırılmasının mümkün olduğu kəşf edildi. Menopoz vatını yaşayan qadınlar üzərində aparılan tədqiqatda məlum olmuşdurki müəyyən qədər sarımsaq ekstraktı estrogeni artırmaqla sümüklərin zəifləmə prossesini azaltmışdır.
10. Sizdə qanaxma problemləri varsa yaxudda qan parçalayıcı dərmanlar qəbul edirsinizsə bu zaman sarımsaq qəbul etməzdən əvvəl həkimlə məsləhətləşin. 
Min illərdir sarımsağın şəfa verici xüsusiyyətlərə malik olduğuna inanırdılar amma indi bunları təstiqləmək üçün əlimizdə elm var.