“Qoy qida dərmanın, dərman isə qidan olsun” Bu sözləri qərb tibbinin atası sayılan qədim yunan həkimi Hippokrat söyləmişdir. O demkək olar ki, müxtəlif xəstəliklərin müalicəsində sarımsaqdan istifadə edirdi.
Hazırda müasir elm sarımsağın insan orqanizmi üçün bir çox faydalarını təstiq etmişdir.
Sarımsağın tərkibində Allixin adlanan və bədənimizə dərman kimi təsir edə bilən birləşmə vardır. Sarımsaq soğan ailəsinə aid bitkidir. Sarımsaq dünyanın əksər bölgələrində becərilir və yeməklərdə istifadə olunur. Sarımsaq qədim dövrlərdə əsasən dərman kimi istifadə olunmuşdur. Sarımsağın istifadə qaydaları dünyanın aparıcı sivilizasiyaları olan Misirlilər, Babillər, Yunanlar, Romalılar və Çinlilər tərəfindən sənədləşdirilmişdir.
Bu videoda sizə araşdırmaların nəticəsi olan sarımsaq haqqında 10 faydalı məlumatı çatdıracağam.
1. Sarımsaq çox qidalandırıcı məhsuldur və az kaloriyə malikdir.
28 qram sarımsağın tərkibində
Manqan 23%
Vitamin B6: 17%
Vitamin C: 15%
Selenyum: 6%
Lif: 0.6 qram
Müəyyən miqdarda kalsium, mis, kalium, fosfor, dəmir və vitamin B1 vardır. Bunlarla bərabər 1.8 qram protein və 9 qram karbohidratlarla birlikdə 28 qram sarımsağın enerji dəyəri 42 kaloridir.
2. Sarımsaq soyuqdəyməyə qarşı da effektiv vasitədir çünki sarımsaq immun sisteminin gücləndirilməsində istifadə olunur. Plasebo və sarımsaq adlandırılan iki qrup arasında 12 həftəlik araşdırma zamanı məlum olmuşdurki, sarımsağın gündəlik istifadəsi soyuqdəymə riskini 63%-ə endirmişdir və soyuqdəymə simptomları plasebo qrupunda 5 gündən sonra azaldığı halda sarımsaq qrupunda 1.5 gün ərzində azaldı. Birdə yeri gəlmişkən deyim ki, Plasebo bir eksperimentin adıdır və bu eksperiment zamanı sizə təsirsiz həblər verilərək bu həblərin sizə təsirini təlqin edirlər və sizin orqanizminiz aldadılaraq öz funksiyalarını artırmaqla sağalır və ya əksinə. Digər bir araşdırmanın nəticələrinə görə gündəlik 2.56 qram sarımsaq ekstraktı qəbul etməklə qrip və soyuqdəymənin davam etmə müddətini 61% azaltmaq olar. Əgər tez-tez soyuqlanırsınızsa o zaman yeməklərinizdə sarımsaqdan istifadə etməyi unutmayın.
3. Sarımsağın tərkibindəki aktiv maddələr qan təzyiqini aşağı salır, ürək – damar xəstəliklərinə qarşı müsbət təsir göstərir. Gündəlik 600-1500 milliqram sarımsaq ekstraktını 24 həftə ərzində istifadə etmək dərman kimi təsir göstərəcək. Bu effekti əldə etmək üçün yüksək dozaya ehtiyac vardır. Buna görədə lazım olan qədər allixin əldə etmək üçün gündəlik 4 diş sarımsaq lazımdır.
4. Sarımsaq Ürək xəstəlikləri riskini aşağı salan xolesterol səviyyəsini artırır və ümumi LDL xolesterolunu azalda bilir. Yüksək LDL xolesterolu olan insanlar sarımsaq qəbul etməklə LDL xolesterol səviyyəsini 10-15% aşağı sala bilərlər. LDL (Pis), HDL(Yaxşı) xolesterinlərdir. Sarımsaq ürək xəstəlikləri riskini artıran səbəblərdən biri olan triqliserid səviyyəsinə təsir göstərmir.
5. Sarımsağın tərkibində Alzeymer xəstəliyinin və unutqanlığın qarşısını ala biləcək antioksidantlar vardır. Bu antioksidantlar bədənin qoruyucu mexanizmlərini oksidləşmə nəticəsində yaranacaq zərərlərə qarşı qoruyur. Yüksək doza sarımsaq qəbul etməklə insanlarda antioksidant fermentlərinin artması nəticəsində yüksək təzyiqli xəstələrdə oksidləşmə nəticəsində formalaşan stresin azalması müşahidə olunmuşdur.
6. Sarımsaqdan istifadə edərək uzun ömürlü ola bilərsiniz. Düzdür insanların ömrünün nə qədər olmasını təyin etmək praktik olaraq mümkün olmasada amma sarımsağın bədənimizə göstərdiyi təsiri nəzərə alaraq bunu demək olar. Əlavə olaraq bu faktlardan biri xüsusilə immun sistemi zəif olan insanlarda sarımsaq infeksion xəstəliklərlə mübarizə aparmaqda orqanizmə köməklik göstərir.
7. Atletik məhsuldarlığı artırmaq üçün sarımsaqdan performans artırıcı kimi istifadə etmək olar. Qədim mədəniyyətlərdə yorğunluğun azaldılması və işçilərin əmək fəaliyyətinin artırılması üçün istifadə edilirmiş. Xüsusilə qədim Yunanıstanda Olimpiya idmançılarına verilirdi. Ürək xəstəliyi olan insanlar 6 həftə ərzində sarımsaq yağı qəbul etmiş və bundan sonra ürək döyüntüləri stabilləşmiş, iş qabiliyyəti 12% yaxşılaşmışdır.
8. Sarımsaq bədəndə ağır metalların təmizlənməsində istifadə oluna bilər. Sarımsaqdakı kükürd birləşmələri orqanların zərərli maddələrdən təmizlənməsinə köməklik göstərir.
9. Sarımsaq sümüklərə də yaxşı təsir göstərir. Gəmiricilər üzərində aparılan tədqiqatlar qadınlarda estrogen hormonunun artması ilə sümük zəifliyinin aradan qaldırılmasının mümkün olduğu kəşf edildi. Menopoz vatını yaşayan qadınlar üzərində aparılan tədqiqatda məlum olmuşdurki müəyyən qədər sarımsaq ekstraktı estrogeni artırmaqla sümüklərin zəifləmə prossesini azaltmışdır.
10. Sizdə qanaxma problemləri varsa yaxudda qan parçalayıcı dərmanlar qəbul edirsinizsə bu zaman sarımsaq qəbul etməzdən əvvəl həkimlə məsləhətləşin.
Min illərdir sarımsağın şəfa verici xüsusiyyətlərə malik olduğuna inanırdılar amma indi bunları təstiqləmək üçün əlimizdə elm var.
Hiç yorum yok:
Yorum Gönder